bazar ertəsi 5 oktyabr 2026 - 23:08
Sakit və xoşbəxt ailəyə sahib olmaq üçün 5 sadə yol

Hövzə / Ailə və dini tərbiyə məsələləri üzrə tanınmış ekspert Höccətül-İslam vəl-müslimin Trəşiyun «Ailəmizin sakit və huzurlu olduğunu necə başa düşməliyik?» sualını cavablandıraraq valideynlərlə övladlar arasında isti, səmimi və məhəbbət dolu ünsiyyətin mövcudluğunu ailənin sağlamlığının əsas göstəricisi hesab edib və ailədə sevinc və rahatlığın təmin olunması üçün beş sadə və təsirli yolu açıqlayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, xoşbəxt və sakit bir ailə qurmaq üçün mürəkkəb düsturlara və böyük maddi xərclərə ehtiyac yoxdur. Səmimi şəkildə vaxt ayırmaq, empatiya ilə dinləmək, qarşılıqlı güzəşt etmək və sevgini açıq şəkildə ifadə etmək evdəki ab-havanı dəyişdirən möcüzəvi amillərdir. Bu yazıda ailə sakitliyinin beş əsas dayağı ustad Trəşiyunun fikirləri əsasında araşdırılıb.

Sual:

«Ailəmizin sakit və huzurlu olduğunu necə başa düşməliyik?»

Cavab:

Sadəcə olaraq, ata, ana və övladlar arasında isti və səmimi ünsiyyətin olub-olmadığına baxmaq kifayətdir.

Övladlarımıza məhəbbət və sevgi ilə diqqət göstərməliyik.

Övladlarımızın sevincinə şərik olmalı, onları əzizləməli və könüllərini sevindirməliyik.

Bəs nə üçün bəzən bu məsələlərdə xəsislik edir, kifayət qədər məhəbbət göstərmirik?

Həzrət Əli ibn Musa Rzanın (ə) nurlu şəxsiyyəti övlada qarşı sonsuz məhəbbətin nümunəsidir.

O həzrət bəzən əziz övladı İmam Cavadı (ə) dizləri üstündə oturdar və buyurardı:

«بِأَبی أَنتَ وَ أُمّی»

«Atam-anam sənə fəda olsun!»

Sakit və xoşbəxt ailəyə sahib olmaq üçün sadə yollar:

1. Vaxt ayırın;

Hər gün ən azı bir neçə dəqiqənizi övladlarınızla söhbət etməyə və oynamağa ayırın.

2. Yaxşı dinləyici olun;

Övladınız və ya həyat yoldaşınız danışarkən bütün diqqətinizlə onu dinləyin və onun hisslərinə diqqət yetirin.

3. Məhəbbət ifadə edən sözləri unutmayın;

«Səni sevirəm», «Səninlə fəxr edirəm», «Çox yaxşı idin» kimi ifadələri deməyi unutmayın.

4. Birlikdə xoş vaxt keçirin;

Ailəvi toplantılar, gəzintilər və hətta birlikdə film izləmək belə ailə üzvləri arasındakı bağları daha da möhkəmləndirə bilər.

5. Güzəşt etməyi və bağışlamağı məşq edin;

Bir-birinizin səhvlərini bağışlayın və inciklik yaratmağa yol verməyin.

Mənbə: «Ustad Teraşiyun»un əsərlərinin qorunması və nəşri saytı.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha